AZ

Zaur İbrahimov: “Trampın şəxsi iştirakı sülh razılaşmalarını xarici təhdidlərdən qoruyacaq”

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov REAL.TV-yə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan–Ermənistan sülh danışıqlarına və Zəngəzur dəhlizinə xüsusi diqqət yetirməsi hazırkı dünya şəraitində gələcək üçün mühüm zəmanətdir.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ Prezidentinin şəxsi iştirakı əldə ediləcək razılaşmaları xarici təhdidlərdən qoruyacaq əsas amil olacaq:
“Bu razılaşmalara edilən təhdidlər birbaşa prezident Trampa təzyiq və hədə-qorxu kimi dəyərləndiriləcək. Ermənistan və Paşinyan öhdəliklərini həm də Tramp qarşısında təsdiqlədi. Artıq boyun qaçırsa, bu, ona qarşı atılmış addım olacaq”.

Zaur İbrahimov əlavə edib ki, Trampın prosesə fəal cəlb olunmasının səbəbi Prezident İlham Əliyevin usta strategiyası və diplomatiyasıdır.

Seçilən
52
qht.az

1Mənbələr