Azərbaycanlı UFC döyüşçüsü Rafael “Ataman” Fiziyev növbəti dəfə oktaqona çıxmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, yüngül çəki dərəcəsində yer alan idmançımız 11 oktyabr tarixində keçiriləcək UFC Fight Night turnirində braziliyalı ulduz Çarlz “Du Bronks” Oliveyra ilə üz-üzə gələcək.
Bu döyüş hər iki idmançı üçün xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, Fiziyev oktaqona son qələbəsindən sonra çıxacaq və mövqeyini möhkəmləndirməyi hədəfləyir. Rəqibi Oliveyra isə son qarşılaşmasında məğlub olmuşdu və bu döyüş onun üçün həm reytinqdə mövqeyini qorumaq, həm də yenidən çempionluq yoluna qayıtmaq baxımından vacibdir.
Qarşılaşmanın "Farmasi Arena"da keçirilməsi planlaşdırılır və UFC azarkeşləri artıq bu yüksək tempolu mübarizəni səbirsizliklə gözləyir.
Kamil Xudiyev