Bakı, 8 avqust, AZƏRTAC
Türkiyənin "Beşiktaş" komandası nigeriyalı futbolçu Uilfred Ndidinin transferini rəsmiləşdirib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi həm yarımmüdafiəçi, həm də onun keçmiş komandası "Lester Siti" ilə razılıq əldə edib.
Futbolçu 3+1 illik müqavilə imzalanıb. “Beşiktaş” 28 yaşlı oyunçunun keçidi üçün qarşı tərəfə 8 milyon avro ödəyib.