AZ

Rusiya ilə İran komandaları qarşılaşacaq

BAKI, 8 avqust TELEQRAF

Futbol üzrə Rusiya milli komandası İran yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Teleqraf Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, matç oktyabrın 10-da "Volqoqrad Arena"da təşkil olunacaq.

Sonuncu dəfə ruslar və iranlılar 2023-cü ilin martında üz-üzə gəlib – həmin görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Rusiya Ukraynaya hərbi təcavüz etdiyi üçün FIFA və UEFA bayraqları altında təşkil olunan bütün turnirlərdən kənarlaşdırılıb.

Seçilən
57
teleqraf.com

1Mənbələr