“Levski”nin futbolçusu Borislav Rupanov Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”a qalib gəldikləri ilk oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, 1:0 hesabıyla bitən matçda komandasının yeganə qolunu vuran hücumçu bunları deyib:
“Arzum gerçəkləşdi. Komandama kömək etdiyim üçün çox şadam. Hər matçda meydana çıxıb, əlimdən gələni etməyə davam edəcəm. Azarkeşlərimiz inanılmaz idi. Bu atmosfer qarşısında oynamaqdan qürur duyuram”.
“Sabah” ilə “Levski” arasındakı cavab oyunu avqustun 14-də Bakıda olacaq.