Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 7-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə və 117 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 3 ton çəkidə 4922 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.