AZ

Kəsmikli və manqolu cheesecake - elə incə və yüngüldür ki, dadından doymaq olmur

Kəsmikli

Kəsmikli manqo cheesecake – yüngül, zərif və çox dadlı bir desertdir. Yumşaq kəsmiklə şirin manqo püresinin vəhdəti zövq oxşayır, içindəki haşhaş isə maraqlı dad qatır. Bu desert asan hazırlanır və xüsusi bacarıq tələb etmir.Tərkibi:Bərk kəsmik – 200 qYumşaq kəsmik – 120 qQarğıdalı nişastası – 7 qYumurta ağı – 15 qŞirinləşdirici – zövqə görəHaşhaş (mak) – 10 qManqo püresi – 100 qHazırlanma qaydası:Bərk və yumşaq kəsmik yumurta ağı ilə qarışdırılır.Üzərinə nişasta, şirinləşdirici və haşhaş əlavə olunaraq qarışdırılır.Kütlə formaya tökülür və səthi hamarlanır.150 °C-də əvvəlcədən qızdırılmış sobada 30–40 dəqiqə bişirilir.Sobada soyuyur, daha sonra soyuducuda tam soyudulur.Üzərinə manqo püresi əlavə edilərək bəzədilir.Soyuq şəkildə, üstünə təzə manqo dilimləri və nanə yarpaqları ilə servis etmək tövsiyə olunur. Bu desert həm təkbaşına, həm də qəhvə ilə ləzzətlidir. KəsmikliUlusum.az

Diqqət Çəkənlər

Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı

İlham Əliyev Trampın dəvəti ilə Vaşinqtona gedib - FOTO

Nadir kitab oğurluğunun izi Moskvadakı hərraca aparır

Seçilən
100
ulusum.az

1Mənbələr