İranın cənubunda qatarın relsdən çıxması nəticəsində azı 30 sərnişin xəsarət alıb.
Missiya.Az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Bildirilib ki, qəza Kerman-Zərənd dəmir yolu xəttində baş verib.
Qatarda 450 sərnişin olub və onlar avtobuslarla yola davam ediblər.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Nurlana ƏhmədovaMissiya.Az