Türkiyə Super Liqasının yeni mövsümünə bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, açılışı son çempion "Qalatasaray" edəcək. "Sarı-qırmızılar" səfərdə "Qaziantep"lə qarşılaşacaq.
Komandanın iki ulduzu - Mauro İkardi və Viktor Osimhen bu görüşdə iştirak etməyəcək. Leroy Sane isə sarı-qırmızılı forma ilə debüt edə bilər.
"Qalatasaray" Super Liqada son 3 mövsümün çempionudur.
"Qaziantep" sezona yenə baş məşqçi ilə başlayır. Onlar Selçuk İnanı İsmet Taşdemirlə əvəz edib.
Qarşılaşma Bakı vaxtı ilə 22:30-da başlayacaq.