AZ

Böyük Britaniyada məktəblərə davamiyyətsizlik işsizlik riskini artırır

Böyük Britaniyada məktəblərə davamiyyət səviyyəsində yaşanan azalma gələcək nəsil üçün ciddi sosial-iqtisadi risklər yaradır. Centre for Social Justice-nin yayımladığı son araşdırmaya görə, hazırda təxminən 180 000 şagird təhsildən yayınmaq səbəbilə gələcəkdə işçi qüvvəsinə qoşula bilməyəcək və ya işsizliklə üzləşəcək.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, bu göstərici post-COVID dövrü ilə müqayisədə təxminən iki dəfə artıb. Mütəxəssislər məktəbə davamiyyətin yalnız təhsil göstəricilərinə deyil, həm də uzunmüddətli məşğulluq imkanlarına birbaşa təsir etdiyini vurğulayırlar.

Hesabatda vəziyyəti aradan qaldırmaq üçün bir sıra təkliflər irəli sürülür. Bunlar arasında ailələrin daha çox dəstəklənməsi, erkən müdaxilə proqramlarının tətbiqi, eləcə də məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi kimi sosial tədbirlər yer alır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər bu problemə sistemli yanaşma göstərilməzsə, təkcə təhsil deyil, ölkənin gələcək iqtisadi durumu da risk altına düşə bilər.

Seçilən
3
azedu.az

1Mənbələr