Çempionlar Liqasının III təsnifat mərhələsində oyunları stadionlardan izləyən azarkeşlərin sayı açıqlanıb.
BAKU.WS xəbər verir ki, siyahıda "Şkendiya" və "Qarabağ" cütü arasında keçirilən oyun 7-ci pillədə qərarlaşıb.
Belə ki, Şimali Makedoniyada "Şkendiya" və "Qarabağ" komandaları arasında keçirilən matçı tribunalardan 15930 tamaşaçı izləyib.
Xatırladaq ki, "Qarabağ" səfərdə rəqibini bir cavabsız qolla üstələyib. Cavab qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.