"Neftçi" heyətinə yeni futbolçu cəlb edib.
90deqiqe.Az-ın məlumatına görə, "ağ qaralar" İqor Ribeyronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
"5" nömrəli formanı geyinəcək futbolçu artıq komanda ilə məşqlərə də qoşulub.