Bakı. Trend:
“Neftçi” yeni transferi İqor Ribeyro ilə 2 illik müqaviləimzalayıb.
Bu barədə Trend-ə klubun Mətbuat xidmətindən məlumatverilib.
Bildirilib ki, paytaxt təmsilçisində 5 nömrəli formanı geyinəcəkbraziliyalı müdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.
Qeyd edək ki, İqor Ribeyro “Neftçi”yə “Araz-Naxçıvan”dankeçib.