“Araz-Naxçıvan”ın əsas fiqurlarından olan İqor Ribeyro avqustun 1-dən etibarən “Neftçi”nin futbolçusudu. Hətta bəzi mənbələr mərkəz müdafiəçisinin Samir Abasovun rəhbərliyi altında məşqlərə qoşulduğunu da iddia edir. Əslində olmalı olan da budu.
“Aris”lə iyulun 31-də keçirilən cavab oyununda qırmızı vərəqə alan İqor hələ də “Araz-Naxçıvan”ın planlarına daxildi. Naxçıvan təmsilçisi bir daha İqorun xidmətlərindən yararlanmaq üçün “Neftçi”yə müraciət edəcək. Bakılıların razılaşıb-razılaşmayacağını isə demək çətindi.
Hər halda, İqorun “Omoniya” ilə avqustun 14-də keçiriləcək cavab görüşünə çıxmaq hüququ var.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta