AZ

Rusiya hərəkətə keçdi – Sülhə qarşı çıxan Zatulin açıq mesaj verdi - Nə baş verir?

  Vaşinqtonda Azərbaycan və Ermənistan arasında davamlı sülhə doğru mühüm addımların atıldığı bir vaxtda, bölgədə sabitliyin bərqərar olmasını istəməyən qüvvələr yenidən fəallaşıb. Onların sifarişini yerinə yetirənlərdən biri isə  Rusiya Dövlət Dumasının MDB ilə iş komitəsinin sədr müavini  Konstantin Zatulindir. ABŞ-da aparılan danışıqlardan ciddi narahatlıq keçirən Zatulin verdiyi açıqlamalarla bir daha sübut edir ki, o, Cənubi Qafqazda sülh və əməkdaşlıq yox, qarşıdurmaların  tərəfdarıdır. Konstantin Zatulin son açıqlamaları ilə nəyə nail olmağa çalışır? 
Bu barədə Moderator.az-a açıqlama verən Millət vəkili Azər Badamov bildirib ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addımlar atıldığı bir gündə, Cənubi Qafqaza sülhün və əməkdaşlığın gəlməsini istəməyən, uzun illər xalqlar arasında ədavətin qızışmasına çalışan dairələr yenidən hərəkətə keçməyə başlamışdır. Onun sözlərinə örə, belə dairələrin sifarişlərinin icraçılarından biri də Rusiya Dövlət Dumasının MDB ilə iş komitəsinin sədr müavini Konstantin Zatulindir:
 
“Zatulinin MDB üzrə apardığı iş o qədər “effektiv” olub ki, MDB ölkələrinin əksəriyyəti onun ölkəyə girişinə qadağa qoymuşdur. Bu da onun MDB ölkələri arasında apardığı dağıdıcı fəaliyyətlərlə bağlıdır.
Belə ki, Zatulin Vaşinqtonda Azərbaycanla Ermənistan arasında razılaşmaların imzalanmasından ciddi narahat olub, hətta "hərarəti" yüksəlib. Ona görə də mətbuata verdiyi açıqlamalarda Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasının və bu yola nəzarətin ABŞ-ın neytral bir şirkətinə verilməsinin Ermənistanın və İranın maraqlarına uyğun gəlmədiyini bildirib.
Yəni Zatulin düşünür ki, Ermənistan əbədi blokadada qalmalıdır. Həm də bu dəhlizin açılmasının İranın maraqlarına necə zidd olduğunu izah etmir. Əslində, Zəngəzur dəhlizinin açılması İran üçün də beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış imkanları yaradır. Deməli, Zatulin Cənubi Qafqazı sonu görünməyən münaqişələr regionu kimi görmək istəyir. Amma sülhün, əməkdaşlığın gəlməsini, kommunikasiyaların açılmasını heç cür həzm edə bilmir.
Zatulin qeyd edir ki, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın və Türkiyənin maraqlarına uyğundur. Bəli, bu bizim maraqlarımıza uyğundur. Amma bu, eyni zamanda regionun bütün dövlətlərinin maraqlarına uyğundur. Çünki regiona sabitlik və inkişaf gələcək.
Zatulin Paşinyanı ermənilərin milli maraqlarını müdafiə etməməkdə ittiham edir. Əslində isə Ermənistan tarixində ermənilərin milli maraqlarını ən çox müdafiə edən elə Paşinyandır. Paşinyan Ermənistanı bir dövlət kimi qorumağa çalışır. Amma Zatulinlər Ermənistanda qarışıqlıq salmaqla Paşinyana öz xalqını bataqlıqdan xilas etməyə imkan vermirlər”.
 
Mehin Mehmanqızı
 
Seçilən
26
2
moderator.az

3Mənbələr