AZ

"Neftçi" İqor Ribeyronun transferini açıqladı

"Neftçi" son iş yeri "Araz-Naxçıvan" olan mərkəz müdafiəçisi İqor Ribeyronun transferini açıqlayıb.

Fanat.Az xəbər verir ki, braziliyalı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

"5" nömrəli formanı geyinəcək İqor artıq "ağ-qaralar"ın məşqlərinə də qoşulub.

Xatırladaq ki, Bakı təmsilçisi sözügedən oyunçunun keçidini həll etsə də, onun Konfrans Liqasında mübarizə aparan Naxçıvan komandasına kömək etməsinə şərait yaratmışdı.

Seçilən
75
2
fanat.az

2Mənbələr