İngiltərənin "Brayton" klubu "Mançester Siti" və "Mançester Yunayted"in maraqlandığı gənc yarımmüdafiəçisi Karlos Balebaya qiymət qoyub.
Fanat.Az-ın ESPN-ə istinadən məlumatına görə, "qağayılar" 21 yaşlı kamerunlunu 120 milyon avroya satmaq niyyətindədirlər.
Futbolçunun özü isə ən azı gələn mövsümün sonunadək indiki iş yerində qalmaq istəyir.
Qeyd edək ki, Baleba 2024/2025 "futbol ili"ndə bütün turnirlərdə 40 matça çıxaraq 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Brayton"la müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub. "Transfermarkt" portalı orta xətt oyunçusunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.
Nihat