AZ

Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olundu

BAKI, 8 avqust. TELEQRAF

Azərbaycanın tanınmış cüdo veteranı, Əməkdar Məşqçi Əhməddin Rəcəblinin 80 illik yubiley mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycan İdman Akademiyasının akt zalında təşkil olunmuş mərasimdə gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, atıcılıq üzrə Olimpiya çempionu Zenfira Meftahəddinova, eləcə də bir sıra tanınmış idman veteranları iştirak ediblər.

Çıxış edənlər Əhməddin Rəcəblinin Azərbaycan idmanına verdiyi töhfələri yüksək qiymətləndirib, ona uzun ömür və möhkəm can sağlığı arzulayıblar. Tədbir çərçivəsində veteran idmançının həyat və fəaliyyət yolunu əks etdirən video-süjet nümayiş olunub.

Seçilən
54
teleqraf.com

1Mənbələr