AZ

Qızıl fyuçersləri rekord həddə yüksəlib

ABŞ-nin qızıl külçələrə tarif tətbiq etməsindən sonra qızıl fyuçersləri rekord həddə çatıb, bu barədə “Reuters” yazıb.

Artıq çəkisi 1 kq və 100 unsiya olan qızıl külçələri gömrük kodu altında təsnif edilməli və daha yüksək tariflərə tabe olmalıdır ki, bu da dünyanın ən böyük qızıl emalı mərkəzi olan İsveçrəyə təsir göstərə bilər.

Analitiklərin fikrincə, qızıl külçə tarifləri böyük banklar tərəfindən hesablaşmalar baxımından çətinliklər, daha doğrusu, müəyyən problemlər yaradacaq və bu, bu səhər likvidlik qiymətlərində öz əksini tapıb və qiymətlər sıçrayış edib.

Qızılın qiyməti hazırda 1%-dən çox bahalaşaraq 3490.2 dollar/unsiya səviyyəsindədir.

Seçilən
44
banker.az

1Mənbələr