"Kefim yaxşı olanda yaxşı görünürəm. Həyatımdan neqativ insanları çıxardanda yaxşı oluram. Fikirləşirəm ki, heç kəsə dözməli deyiləm. Qanımdan olsa belə dözməyəcəyəm. Bilirəm ki, sabah xəstələnsəm, başımı yerə qoysam bir-iki gün ağalyacaqlar. Sonra hərə öz kefində olacaq".
Mia.az Axsam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə canlı yayımda olarkən deyib. Aktrisa həyatından, onu incidən insanlardan danışıb. O bildirib ki, artıq ona səhv edən adamları bağışlamır: "İndiyənə kimi nə etmişəm halal xoşları olsun. Bundan sonra özüm üçün yaşayacağam. Baxmayaraq ki, zəngin deyiləm, hər zaman hamıya kömək etmişəm. Milyonlarım yoxdur. Amma indi düşünürəm ki, hər kəs bu dünyada özü üçündür. Başqalarına da yardım göstərin. Kim sizə əl açırsa yardım edin, amma özünüzü öldürməyin. Ömür qısadır, bizim də haqqımız var. Sizə qarşı nankorluq edənləri həyatınızdan çıxardın. Gözləməyin ki, düzələcək. Bunların hamısından keçdim. Gördüm ki, həyatda hər şey yalandır. Nə qədər ürək verirsən, o qədər qədrini bilməyəcəklər. Bəziləri elə düşünür ki, onlara borclusan".