AZ

"Qarabağ" - "Şkendiya" matçına satılan bilet sayı açıqlandı

Bakıda “Qarabağ” ilə Şimali Makedoniyanın “Şkendiya” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa 14 500 bilet satılıb.

Bu barədə Operativ Media-ya Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə “köhlən atlar” rəqibi bir cavabsız qolla üstələyib.

Seçilən
87
24
operativmedia.az

10Mənbələr