İranda yanğın hadisəsinə müdaxilə üçün gələn yanğınsöndürən maşının özü alışaraq yanıb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, görüntü vətəndaşlardan biri tərəfindən sosial şəbəkədə paylaşılıb.
Videonu paylaşan şəxs hadisəni istehza ilə belə şərh edib:
"Alovu söndürməyə gələn maşının özü yandı. İndi Yanğından Mühafizə İdarəsinə zəng edək ki, gəlib bunu söndürsün!"