AZ

Azərbaycan-ABŞ ticarət əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidentiRövşən Nəcəfin ABŞ-nin İxrac-İdxal Bankının prezidenti və sədrininbaş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşü baş tutub.

Trend xəbərverir ki, bu barədə M.Cabbarov sosial şəbəkə hesabında paylaşımedib.

O bildirib ki, görüş Prezident İlham Əliyevin ABŞ-yə işgüzarsəfəri çərçivəsində baş tutub.

“Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı vəşaxələndirilməsi sahəsində əldə olunan nailiyyətlərivurğuladıq.

Ölkə iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələrininkişafı və xarici tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi üçünaçılan yeni perspektivləri qeyd etdik.

Azərbaycan və ABŞ arasında ticarət əlaqələriningenişləndirilməsini dəstəkləyən alətlərin tətbiqi imkanları vəəməkdaşlığın dərinləşdirilməsi istiqamətində gələcək addımlarbarədə fikir mübadiləsi apardıq”, - deyə paylaşımda qeydedilib.

Azərbaycan-ABŞ
Azərbaycan-ABŞ
Seçilən
96
16
az.trend.az

10Mənbələr