Bu gün Azərbaycanın Milli Qəhrəmanı, stüardessa Hökumə Əliyevanın doğum günüdür.
Bizim.Media xəbər verir ki, Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub.
MÖVZU İLƏ BAĞLI:
Hökumə Əliyevanın ev MUZEYİ TİKİLİR
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarədə stüardessa kimi fəaliyyət göstərən Hökumə Əliyeva son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışaraq “Hər şey yaxşı olacaq!” kəlmələri ilə yaddaşlarda iz qoyub.
Milli Qəhrəman 29 dekabr 2024-cü ildə II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bizim.Media