AZ

6 ayda ölkəyə 23 mindən çox hibrid avtomobil idxal edilib

Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyun ayında Azərbaycana 472 milyon 962 min dollar dəyərində 23 min 1 ədəd hibrid avtomobil idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə idxal edilən hibrid avtomobillərin dəyəri 77,7% və ya 206 milyon 836 min dollar, sayı isə 14 min 42 ədəd və ya 2,6 dəfə artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana idxal edilən hibrid avtomobillərin sayı 8 959, dəyəri isə 266 milyon 126 min dollara bərabər olub.

Seçilən
3
banco.az

1Mənbələr