"Bu gün Bakı Metropoliteni stansiyalarında bir ilk yaşanıb. Səhər saatlarında sevindirici bir hadisə baş verib. Stansiya əməkdaşlarının operativ müdaxiləsi sayəsində təcili yardım çağırılıb, doğuş uğurla başa çatdırılıb".
Moderator.az xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhndar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi Anar Zamanov mediaya açıqlamasında deyib.
"Bakı Metropolitenin kollektivi təkcə texniki təhlükəsizliyə deyil, sərnişinlərin təhlükəsizliyinə də diqqətlə yanaşır. Metropolitendə doğulan uşaq 25 yaşına qədər metrodan pulsuz istifadə edə biləcək".
O qeyd edib ki, ailəyə kiçik hədiyyələr də təqdim olunacaq".
Xatırladaq ki, bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.