AZ

BMT humanitar maliyyə çatışmazlığı ilə bağlı həyəcan təbili çalır

2025-ci ildə qlobal humanitar ehtiyacları ödəmək üçün lazım olan 46 milyard dolların 17 faizindən az hissəsi indiyədək qəbul edilib.

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq deyib.

Onun sözlərinə görə, humanitar fəaliyyətlərin maliyyələşdirilməsi ilə bağlı vəziyyət acınacaqlı olaraq qalır:

"Bu günə kimi daxil olan maliyyə vəsaitinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz azdır. Maliyyə çatışmazlığı milyonlarla insanın ac qalmasına səbəb olub".

Gülşən Şərif

Seçilən
68
bakivaxti.az

1Mənbələr