AZ

Məşhur aktrisa 49 yaşında ikinci dəfə ana olub

Məşhur aktrisa 49 yaşında ikinci dəfə ana olubTürk televiziya ekranlarının tanınmış simalarından olan Didem Erol illər əvvəl ABŞ-a köçərək adını "Serah Henesey" olaraq dəyişib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aktrisalığı buraxaraq tamamilə fərqli bir həyat quran Erol, 49 yaşında ikinci dəfə ana olduğunu sosial şəbəkədə paylaşdığı ailə fotosu ilə elan edib.

"Emret Komutanım", "Omuz Omuza", "Arka Sokaklar" və "Avrupa Yakası" kimi məşhur layihələrdə rol alan Didem Erol 2017-ci ildə Los-Ancelesdə televiziya aparıcılığına başlayıb. 2020-ci ildə isə musiqi prodüseri və eyni zamanda tikinti sektorunda fəaliyyət göstərən Nathan Cowles ilə evləndi.

2023-cü ildə, 47 yaşında Ava Rose adını verdiyi ilk qızını dünyaya gətirən Serah Henesey (Didem Erol), indi isə 49 yaşında ikinci dəfə ana olduğunu açıqlayıb. O, xoş xəbəri sosial mediada paylaşdığı ailə fotosu ilə izləyicilərinə çatdırıb.

Seçilən
36
1
sonxeber.az

2Mənbələr