8 avqust 2025-ci il tarixində dünya kriptovalyuta bazarında əsas koinlərin qiymətlərində dəyişiklik qeydə alınıb.
Finss.az xəbər verir ki, Bitcoin qiyməti 116,499.5 ABŞ dollarına düşərək 0,84 faiz azalıb. Ethereum isə 3,692 ABŞ dolları səviyyəsində ticarət olunub və 4,000 dollar həddinin yaxınlığında sabitləşməkdədir.
Dogecoin qiyməti isə 0,2219 ABŞ dollarına qalxaraq 8,56 faiz artım göstərib.
Ekspertlər bildirirlər ki, bu qiymət dəyişiklikləri bazarda spekulyativ fəallığın artması və texniki ticarət siqnalları ilə əlaqədardır.