AZ

Stansiya növbətçisi: təlimlər sayəsində bu kimi hallara tam hazırıq

BAKI, 8 avqust. TELEQRAF

Bizə hər ay təlimlər keçilir və biz iş zamanı bu təlimlərdən yararlanırıq.

Teleqraf xəbər verir ki, bunu stansiya üzrə növbətçi Cəbrayılova Mətanət mediaya açıqlamasında deyib.

"Platforma növbətçisi səhər zəng edib bir qadının özünü piss etdiyini dedi. Yaxınlaşıb su verdim, şirin çay verdim. Sonra məlum oldu ki, doğuş başlayır. Hamımız seferbər olduq. Təcili yardım çağrıldı. Şükürlər olsun ki, doğuş uğurlu oldu. Bizə hər ay təlimlər keçilir və biz iş zamanı bu təlimlərdən yararlanırıq".

Xatırladaq ki, bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.

Seçilən
54
teleqraf.com

1Mənbələr