Abşeron rayonunun Novxanı qəsəbəsinin bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
"Azərişıq" ASC-dən verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində 35 kV-luq hava xəttində təmir və gücləndirmə işləri aparılacaq.
İşlərlə əlaqədar saat 12:00-dan 14:00-dək bəzi ərazilərdə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq. Şirkət bildirir ki, işlər başa çatdıqdan sonra bölgə daha sabit və keyfiyyətli elektrik təchizatı ilə təmin olunacaq.