AZ

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs barəsində qərar verildi

BAKI, 8 avqust. TELEQRAF

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən Mərdan Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Sabirabad Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, avqustun 5-də Sabirabadda 64 yaşlı kişinin azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı videogörüntülər yayılmışdı.
Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunaraq həbs edilmişdi.

Seçilən
51
18
teleqraf.com

10Mənbələr