AZ

“ABŞ rəsmiləri aylardır bu saziş üzərində işləyir” – Azərbaycan-Ermənistan sazişi Trampı Nobel mükafatına yaxınlaşdıracaq

Donald Tramp cümə günü Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişini elan etməyi planlaşdırır.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ administrasiyasında məsələ ilə tanış olan mənbələr CBS News-a bildiriblər.

Məlumatda deyilir ki, iki dövlət başçısı tərəfindən imzalanacaq ilk saziş ABŞ rəsmilərinin iki ölkə ilə, xüsusilə enerji istehsalı və tranziti sahəsində əlaqələri dərinləşdirməyə çalışdığı bir vaxta təsadüf edir.

Mənbələr qeyd ediblər ki, Ermənistan onun Qərbə çıxışı təmin edəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanan 43 kilometrlik tranzit dəhlizinin yaradılması üçün ABŞ-yə haqq tanıdığnı bəyan edəcək .

Nəhayət, qeyd olunur ki, ABŞ rəsmiləri artıq aylardır Ermənistan-Azərbaycan sazişi üzərində işləyirlər.

Məlumatda qeyd olunur ki, xüsusi nümayəndə Stiv Uitkoff mart ayında Bakıya səfər edib. “İbrahim Razılaşmaları” İnstitutunun keçmiş baş direktoru Arye Laytstoun sülh danışıqları çərçivəsində bir neçə dəfə bölgəyə səfər edib. Tramp administrasiyası isə bildirib ki, Azərbaycan “İbrahim Razılaşmaları”na qoşulmazdan əvvəl “qonşusu ilə sülh razılaşması əldə etməlidir”.

Həmçinin, bildirilir ki, bu gün Azərbaycan, Ermənistan və ABŞ liderlərinin sammitində Uitkoff və Laytstoun da iştirak edəcəklər.

Xüsusi qeyd olunur ki, Azərbaycan Rusiya ilə həmsərhəddir, o, nefti və qazı Rusiyadan yan keçməklə Ukraynaya göndərmək potensialına malikdir. Mənbələrin bildirdiyinə görə, bu sülh sazişi bir çox malların Rusiya və İrandan yan keçməklə Qərbə daşınması üçün marşrutlar açacaq.

Mənbələrin dediyinə görə, Tramp sülh sazişlərində vasitəçilik roluna görə özəl olaraq Nobel Sülh Mükafatına iddia edir.

“AzPolitika.info”

Seçilən
10
hurriyyet.az

1Mənbələr