AZ

SON DƏQİQƏ! Ermənistan “Tramp Yolu”na razılıq verdi – Axios

Ermənistan “dəhliz” məsələsində əvvəlki mövqeyindən geri çəkilərək, öz ərazisindən keçəcək 43,5 kilometrlik ticarət yolunun inkişafına razılıq verib.

KONKRET.az xəbər verir ki, bu barədə Axios nəşri Ağ Evdəki mənbələrə istinadla yazıb.

Məlumata görə, yol ABŞ-ın idarəçiliyi altında olacaq və “Tramp Yolu – beynəlxalq sülh və rifah marşrutu” adını daşıyacaq.

Axios qeyd edir ki, amerikalılar bu yeni ticarət yolundan illik milyardlarla dollar gəlir əldə edəcəklər. Rusiya, İran və Çin isə uzun illər öz təsir zonası hesab etdikləri bölgədə mövqelərini itirirlər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
9
1
konkret.az

2Mənbələr