AZ

“Sumqayıt”dan ayrılan futbolçu Kipr klubuna keçib

Bakı, 8 avqust, AZƏRTAC

“Sumqayıt”ın sabiq futbolçusu Momo Yansanenin yeni klubu məlum olub.

AZƏRTAC xəbər verir ki, qvineyalı oyunçu Kiprin “Omoniya” (Aradipu) komandasına transfer olunub.

28 yaşlı hücumçu ilə bağlanacaq müqavilənin detalları açıqlanmayıb.

2025-ci ilin yanvar ayından Sumqayıt təmsilçisinin formasını geyinən Momo Yansane yay fasiləsində komandadan ayrılıb.

Seçilən
57
azertag.az

1Mənbələr