Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqanın II turunda “Şalke” ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, görüş sabah baş tutacaq. Mahir bu matçda qol vurmaq istəyir. O, bununla bağlı “Bild” nəşrinə açıqlamasında deyib.
Emreli ilk turdakı məğlubiyyətdən sonra komanda ruhunun yaxşılaşacağını və qələbə qazanmaq potensialında olduqlarını bildirib. Qol vurmaq arzusunda olduğunu qeyd edən hücumçu komandanın hədəflərinin yüksək yerlər olduğunu qeyd edib.
Sabah keçiriləcək “Kayzerslautern” – “Şalke” oyunu saat 22:30-da başlayacaq.