Bakı. Trend:
Niderlandın ING bank qrupu Azərbaycanda 2028-ci ilə qədərinflyasiya səviyyəsi üzrə yenilənmiş proqnozunuictimailəşdirib.
Trend xəbər verirki, analitiklərin hesablamalarına görə, 2025-ci ildə illikinflyasiya səviyyəsi 5,4 faiz təşkil edəcək, 2026-cı ildə 5,3 faizolacaq, 2027-ci ildə isə onun kəskin artımı – 8,9 faizə qədəryüksələcəyi gözlənilir.
Rüblük kəsimdə 2025-ci il üzrə aşağıdakı göstəricilərproqnozlaşdırılır: üçüncü rübdə inflyasiya 4,8%, dördüncü rübdə isə5,1% olacaq.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə,2025-ci ilin ilk altı ayının yekununda illik inflyasiya 6 faiztəşkil edib.
Bu göstərici AMB-nin proqnozlarına uyğundur. Belə ki, ilin ilkaltı ayı ərzində baza inflyasiyası 4,8 faiz təşkil edib.
Nominallı effektiv məzənnənin 1,9 faiz möhkəmlənməsiinflyasiyaya məhdudlaşdırıcı təsir göstərərək, onu 0,52 faiz bəndiazaltdı. Gözlənilir ki, 2025-ci ildə illik inflyasiya 5,7%, 2026-cıildə isə 5,3% təşkil edəcək.