AZ

745 abituriyent jurnalistika ixtisası üzrə “məqbul” aldı

Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilən qabiliyyət imtahanının nəticələrini açıqlayıb.

Doğru.az xəbər verir ki, imtahana qatılmaq hüququ qazanan 1071 nəfərdən 253-ü iştirak etməyib. İmtahanda iştirak edənlərdən 745 nəfər “məqbul” qiymət alıb.

“Məqbul” nəticə göstərən abituriyentlər avqustun 11-dən 19-dək ixtisas seçimi zamanı jurnalistikanı da elektron ərizələrində qeyd edə biləcəklər.

İmtahan nəticələrindən narazı olanlar 8 avqust saat 14:00-dan 10 avqust saat 17:00-dək DİM-in saytında apellyasiya üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçməyənlər sonradan müraciət edə bilməyəcəklər.

DOĞRU.AZ

Seçilən
123
dogru.az

1Mənbələr