BAKI, TurkicWorld, Nərmin Ağayeva
ABŞ, Venesuela Prezidenti Nikolas Maduronun həbsi ilə bağlı məlumat üçün mükafatı 50 milyon dollara yüksəldib.
TurkicWorld xəbər verir ki, ABŞ-ın baş prokuroru Pam Bondi sosial şəbəkədə yayımlanan videomüraciətində Maduronu mütəşəkkil cinayətkar qruplaşmalarla əməkdaşlıqda ittiham edib. Dövlət Departamenti bildirib ki, Vaşinqton bundan əvvəl Maduro ilə bağlı məlumat üçün 25 milyon dollar mükafat təklif edirdi.
Qeyd edək ki, Nikolas Maduro 2013-cü ildən Venesuela prezidentidir və ABŞ administrasiyası uzun müddətdir onu korrupsiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar ittiham edir.