PSJ "Lill"in futbolçusu Lukas Şevalye ilə anlaşıb.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
23 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanacaq. Paris təmsilçisi onun transferi üçün 55 milyon avroya yaxın ödəniş edəcək. Fransalı oyunçunun keçidində klubun prezidenti Nasser Əl-Xelayfi, baş məşqçi Luis Enrike və strateji məsləhətçi Luiş Kampus israrlıdırlar.
Bildirilir ki, PSJ-nin hazırkı qapıçısı Canluici Donnarumma ilə hələ yeni müqavilə ilə bağlı heç bir razılıq əldə olunmayıb. İtaliyalı futbolçunun hazırkı müqaviləsi növbəti ilin yayına qədərdir.