BAKI, 8 avqust. TELEQRAF
Neftçalada daxili yolların və mənzil fondunun əsaslı təmirinə başlanılır.
Teleqraf xəbər verir ki, görüləcək işlərə büdcədənkənar vəsait hesabına 898 min 899 manat xərclənəcək.
Qeyd edək ki, bölgələrin davamı inkişafını təmin etmək üçün müxtəlif kənd və qəsəbələrdə infrastrukturun yenidən qurulması məqsədiylə müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində yolların, elektrik, qaz və su təminatı şəbəkələrinin modernləşdirilməsi iqtisadiyyata müsbət təsir göstərir.