AZ

Yaddaş itkisini bərpa etmək mümkün olacaq

Yaddaş

Litium əlavələri yaddaş itkisini bərpa edə bilər.

Reyting.az
xəbər verir ki, ABŞ-nın Harvard və Ruş universitetlərində aparılan araşdırma yüngül element olan litiumun Alzheimer xəstəliyindən qoruya biləcəyini ortaya çıxarıb.

Tədqiqat litium əlavəsinin yaddaş itkisini qaytardığını müəyyən edib. Gəmiricilər və insanlar üzərində aparılan tədqiqatlar bu baxımdan uğurlu olub.

"Nature" jurnalında dərc edilən araşdırmaya görə, beynin təbii litium ehtiyatlarının doldurulması Alzheimer xəstəliyindən qoruyur və hətta xəstəliyin gedişatını geri qaytarır.

Təhlillər göstərir ki, beyində litium konsentrasiyası azaldıqda, yaddaş itkisi, Alzheimer xəstəliyinin nevroloji əlamətləri kimi, amiloid lövhələri və tau dolaşıqları kimi inkişaf etməyə meyllidir. Litium əlavəsinin bu nevroloji çatışmazlıqları aradan qaldırdığına dair sübutlar aşkar edilib. Məlum olub ki, litium əlavəsi yaddaş itkisini azaldır, beyini daha sağlam vəziyyətə gətirir.

Qeyd edək ki, normal insan beyninin bir dilimi (solda, rəngli) Alzheimer xəstəliyi olan bir insanın beyninin bir dilimi ilə ziddiyyət təşkil edir. Onu dayandırmaq üçün hələ heç bir müalicə olmayıb.

Onu da xatırladaq ki, Demans (beyin hüceyrələrinin zədələnməsi və ya itirilməsi nəticəsində yaranan yaddaş, düşünmə, dil və digər əqli funksiyalarda geriləmə sindromdu) dünyada 55 milyondan çox insana təsir edir, onların əksəriyyəti Alzheimer xəstəliyindən əziyyət çəkir.

V. QULİYEV
Seçilən
15
reyting.az

1Mənbələr