Türkiyə Super Liqasının yeni mövsümünə bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, açılışı son çempion "Qalatasaray" edəcək. "Sarı-qırmızılar" səfərdə "Qaziantepspor"la qarşılaşacaq.

Komandanın iki ulduzu - Mauro İkardi və Viktor Osimhen bu görüşdə iştirak etməyəcək. Leroy Sane isə sarı-qırmızılı forma ilə debüt edə bilər.

"Qalatasaray" Super Liqada son 3 mövsümün çempionudur.