AZ

Ağdərədə yanğının söndürülməsinə helikopter cəlb olundu

Ağdərə rayonunda meşədə yanğının söndürülməsinə helikopter cəlb olunub.

"Unikal" xəbər verir ki, hadisə Suqovuşan kəndi yaxınlığında gecə saatlarında baş verib və yanğın qısa müddətdə dağ massivindəki meşə hissəsinə keçib.

Ona görə də əraziyə Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

 

Seçilən
109
18
unikal.az

10Mənbələr