AZ

Abituriyentlərin NƏZƏRİNƏ – III qrupun keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda abituriyentlər və valideynlər arasında üçüncü ixtisas qrupu üzrə keçid ballarının artacağı ilə bağlı narahatlıq müşahidə olunur.

Bəs doğrudanmı bu qrup üzrə ciddi bal artımları gözlənilir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, keçid balları müraciətlərin sayına əsasən müəyyənləşir:

“Keçid ballarının artımı və ya azalması sırf hansı ixtisasa nə qədər müraciət olunmasından asılıdır. Eyni ixtisas qrupu daxilində bir ixtisas üzrə bal arta bilər, digəri üzrə isə azala bilər. Bu, tamamilə müraciətlərin sayından asılı olaraq dəyişir”.

Ekspert əlavə edib ki, hazırda plan yerləri açıqlanmayıb və bu mərhələdə konkret proqnoz vermək tezdir:
 

“Bəzən deyirlər ki, üçüncü ixtisas qrupu üzrə keçid balları mütləq artacaq. Amma bu fikri irəli sürən adamdan statistik əsaslar tələb olunmalıdır. Çünki bu mərhələdə belə bir nəticə çıxarmaq yalnız nəzəri ehtimallara əsaslana bilər. Ona görə də əlavə narahatlıq yaratmağa ehtiyac yoxdur”.


Qeyd edək ki, keçid ballarına təsir edən əsas amillərdən biri də plan yerlərinin sayı və abituriyentlərin seçim meyilləridir. Bu göstəricilər rəsmi olaraq açıqlanmadığı müddətdə yekun nəticə barədə danışmaq erkən sayılır.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
146
bizim.media

1Mənbələr