AZ

Eyyub Kərimli: “Sülh regionda yeni iqtisadi üfüqlər açacaq”

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, son günlərdə həm regional, həm də beynəlxalq arenada baş verən hadisələr Cənubi Qafqaz üçün yeni mərhələnin başlandığını göstərir.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyişlər, eləcə də ABŞ-da Donald Trampın yürütdüyü siyasət regionun gələcəyi üçün əhəmiyyətli siqnallar verir.

Ekspert vurğulayıb ki, sülh təkcə siyasi sabitlik deyil, həm də iqtisadi tərəfdaşlıq deməkdir:

"Azərbaycan və Ermənistan liderlərinin son görüşlərində sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat yollarının açılması və qarşılıqlı etimadın bərpası kimi məsələlərdə razılaşmalar əldə olunub. Bu, iqtisadi inkişaf üçün mühüm imkanlar yaradır.”

Eyyub Kərimli hesab edir ki, əgər sülh bərqərar olarsa, Azərbaycan Qarabağın bərpasını və Naxçıvanla əlaqəni daha sürətli şəkildə həyata keçirə bilər, Ermənistan isə təcriddən çıxaraq Türkiyə və Azərbaycanla iqtisadi münasibətlər qurmaq imkanı əldə edər.

Ardı var...

 

Pərvanə Fərhadqızı

Seçilən
47
qht.az

1Mənbələr