AZ

Ağstafada ağır qəza -

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kösgər kəndi yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı daşa çırpılıb.

Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
45
8
metbuat.az

10Mənbələr