AZ

Rusiya nefti su qiymətinə oldu: Görün iki həftə ərzində nə qədər ucuzlaşıb

Hindistan bazarında Rusiyanın “Urals” markalı xam neftinin qiyməti rekord həddə, “Brent” etalonundan 5 dollar aşağı düşüb.

Publika.az xəbər verir ki, “Kpler” analitiklərinin fikrincə, qiymətlərdə belə ciddi fərq cəmi iki həftə ərzində formalaşıb.

Ekspertlər Rusiya neftinin qiymətinin aşağı düşməsini iki əsas amillə əlaqələndirirlər: ABŞ-ın mümkün yeni sanksiyaları ilə bağlı qeyri-müəyyənlik və neft emalı zavodlarında mövsümi təmir işləri ilə əlaqədar Rusiyadan tədarükün artması.

Amerika neft idxalının artmasına baxmayaraq (gündə 225 min barelə qədər), Hindistan çətin ki, neft bazarının 37%-ni təşkil edən Rusiya tədarükündən tamamilə imtina etsin. Bununla belə, analitiklər alış həcmlərinin müəyyən qədər azalmasını istisna etmirlər.

Seçilən
9
publika.az

1Mənbələr