AZ

İtaliya Baş naziri ABŞ, Ukrayna və BƏƏ liderləri ilə danışıb

Bakı. Trend:

İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ Prezidenti DonaldTramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş ƏrəbƏmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilətelefon danışıqları aparıb.

Trend-inməlumatına görə, söhbətlərdə əsas müzakirə mövzusu Ukraynadakımüharibə olub.

Meloni atəşkəsə nail olmaq üçün davam edən səylərin, Ukraynadaədalətli və davamlı sülhə aparacaq danışıqlar yolunun və xüsusənABŞ-ın son diplomatik təşəbbüslərinin əhəmiyyətini vurğulayıb.

BƏƏ lideri ilə söhbətdə isə Qəzzaya humanitar yardımınçatdırılması, bölgədəki humanitar böhranın dayandırılması üçünhərbi əməliyyatların dərhal dayandırılması, girovların azadedilməsi və yardıma maneəsiz çıxışın vacibliyi qeyd edilib.

Seçilən
120
50
az.trend.az

10Mənbələr