AZ

Əliyev və Paşinyan sülh müqaviləsi imzalayacaqlar - Tramp

Avqustun 8-də  ABŞ prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanı “tarixi sülh sammitində” qəbul edəcək. TBu barədə o sosial hesabında yazıb.

"Mən  Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı tarixi Sülh Sammitində qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu iki ölkə uzun illərdir müharibə vəziyyətindədir, nəticədə minlərlə insan həyatını itirib. Bir çox liderlər müharibəyə son qoymağa çalışıblar, lakin indiyədək uğursuz olublar.  ‘Administrasiyam uzun müddətdir hər iki tərəflə əlaqə saxlayır. Sabah Prezident Əliyev və Baş nazir Paşinyan mənimlə birlikdə Ağ Evdə rəsmi Sülh Sazişinin imzalanma mərasimində iştirak edəcəklər. Amerika Birləşmiş Ştatları həmçinin hər iki ölkə ilə ikitərəfli razılaşmalar imzalayacaq ki, birlikdə iqtisadi imkanları inkişaf etdirək və beləliklə, Cənubi Qafqaz regionunun potensialını tam şəkildə aça bilək. Mən bu cəsarətli liderlərlə qürur duyuram ki, onlar Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün addım atırlar",: - Tramp bildirib. 

 O, bunu “Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün” adlandırıb.

 

N.Təbrizli

Seçilən
67
50
anews.az

10Mənbələr